Bazar ertəsi, 29 Aprel

"Əgər insanlar görsələr ki, mikroblar necə sel kimi maskanın üst qatına gəlir..."

image

Azərbaycanda istehsal edilən maskalar insanları 99 faiz viruslardan qoruyur.

Bunu Bakı Tekstil Fabrikinin rəhbəri Səkinə Babayeva deyib.

S.Babayeva bildirib ki, tibbi maskanı təşkil edən əsas material medblaumdur: "Üçqatlı maskanın ortasında yerləşən həmin qat virusların həm kənardan orqanizmə, həm də orqanizmdən ətrafa ötürülməsinin qarşısını alır. Lakin tibbi maska 4 saatdan bir dəyişdirilməlidir", - deyə S.Babayeva bildirib.

O qeyd edib ki, maskanın virusdan qorumaması barədə deyilənlər tamamilə yanlış fikirdir:

"Bu virus gözəgörünməz bir düşməndir. İnsanlar maskanın orta qatında olan medblaumu görmürlər. Mikroskop altında bunu aydın görmək olar. Əgər insanlar görsələr ki, mikroblar necə sel kimi maskanın üst qatına gəlir, orta qat onu necə saxlayır, onlar bir də bu sualı verməzlər", - deyə S.Babayeva qeyd edib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39